Qırmızı.az
Bakı sakinləri dələduzluqda suçlanır
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər sakinləri Rauf İsmayılov və Kamran İsayevin qanunsuz əməlləri barədə Dövlət Miqrasiya Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı R.İsmayılovun K.İsayevlə birgə Bakı şəhərində müvəqqəti yaşayan Türkiyə Respublikası vətəndaşından onun ev təsərrüfatında işləyən Filippin Respublikası vətəndaşına Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamasına icazə almaq üçün 5.0 min manat məbləğində pul almasında, eyni zamanda icazənin alınması məqsədi ilə Filippin Respublikası vətəndaşının adına formal Məhdud Məsuliyyətli Cəmiyyət təsis edərək bank hesabına 101.0 min manat pul vəsaiti mədaxil etməklə bu barədə bankdan müvafiq arayış aldıqdan dərhal sonra həmin vəsaiti məxaric edib və miqrasiya qanunvericiliyinə zidd olaraq əldə edilmiş sənədləri Dövlət Miqrasiya Xidmətinə təqdim etməklə vəzifəli şəxsin qərarına qanunsuz təsir etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...