Astroloqdan 17 mart AÇIQLAMASI
Bizi izləyin

Qırmızı.az

Astroloqdan 17 mart AÇIQLAMASI

Mart ayında Mars və Uranın yaxınlaşması, bununla bağlı mart ayının 17-də kütləvi ölüm hadisəsi və ya fəlakətlərin baş verə biləcəyilə bağlı xəbərlər yayılıb. Türkiyəli astroloqların sözlərinə görə, qorxuducu tablo mart ayının 20-də gerçəkləşəcək, Günəş tutulmasından sonra ötüşəcək. Bəs bu ehtimallar nə qədər doğrudur? Bunun Azərbaycana da hansısa təsiri ola bilərmi?

Bununla bağlı Publika.az-a açıqlama verən astroloq Səbuhi Rəhimlinin sözlərinə görə, mart ayında toqquşma və kütləvi ölüm hadisələriylə bağlı yayılan xəbərlər cəfəngiyatdır: “Bunlar cəfəng şeylərdir. Yəqin ki, martın 17-də kimlərsə Türkiyədə öz məqsədləri üçün nələrsə planlaşdırdığından buna astroloji don geyindirirlər. Martın 20-də əslində gün tutulması gözlənilir”.

S. Rəhimlinin sözlərinə görə, planetlərin qarşıdurması konkret gündə olmur və proses həftələrlə çəkir. O bildirib ki, martın 17-si elə bir astronomik olay olmayacaq.

Qeyd edək ki, türkiyəli astroloqlar martın 17-də ehtiyatlı olmaqla bağlı xəbərdarlıq edir. Bəzi astroloqlar isə bu tutulmanın zəlzələ xəbərçisi olduğunu deyirlər. Onların sözlərinə görə, Türkiyənin ulduz xəritəsinə baxdıqda mart, aprel və may aylarında terror hadisələri, dəniz qəzalarının yaşanacağını proqnozlaşdırmaq olar. Hava, torpaq və suda təhlükələr var. Hətta Gəzi parkı hadisələri olan zaman da Ay tutulmasının olduğu qeyd olunur.

Araşdırmalara görə, Uran 84 ildən bir Qoç bürcü ilə üst-üstə düşür. Mars və Uran ilk dəfə qovuşma vəziyyətinə gələcəklər. Mütəxəssislərin sözlərinə görə, bu il martda tam Günəş tutulması olacaq. 1999-cu ildə tam Günəş tutulmasından sonra Mərmərə zəlzələsi baş verdi. Yenə bu ərəfədə təyyarə qəzaları, partlayış, dövlət xadimlərinə sui-qəsdlər ola bilər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm