Qadını yandıran keçmiş məhkum yenidən 18 il 6 ay iş aldı
Bizi izləyin

Qırmızı.az

Qadını yandıran keçmiş məhkum yenidən 18 il 6 ay iş aldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mehdiabad qəsəbəsində qadını boğaraq qətlə yetirən Səbuhi Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Səbuhi Babayev 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin iyulun 26-da Abşeron rayonunun Mehdiabad qəsəbəsində Məlahət Rəsulovanın yaşadığı evdə yanğın baş verib və yanğın söndürüldükdən sonra onun meyiti tapılıb. Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məlahət Rəsulovanı evində boğaraq qətlə yetirmiş rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Babayev tutulub.

Araşdırmalar zamanı Məlahət Rəsulovanın boğulma yolu ilə qətlə yetirilməsi və evinin yandırılması müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm