Azərbaycanda subay qızlar üçün qəribə təklif: “Zəng et, ərə get” – FOTO
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda subay qızlar üçün qəribə təklif: “Zəng et, ərə get” – FOTO

Sosial şəbəkələrdəki səhifələrdən birində qəribə təklifi əks etdirən maraqlı foto yayılıb.

Publika.az xəbər verir ki, fotodakı elanda “Zəng et, ərə get” sözləri yazılıb. Elan “KamAZ” markalı yük maşınının arxasına vurulub. Qeyd edək ki, əvvəllər paytaxtda subay gəncləri tanış edib evləndirən tanışlıq bürosu fəaliyyət göstərirdi. Həmin bürolar müəyyən ödənişlər müqabilində gəncləri tanış edib evləndirəcəyini vəd edirdi. Bu elanın da həmin qəbildən olan tanışlıq bürolarına məxsus olub-olmadığını araşdırmaq üçün elanda yazılan telefon nömrəsi ilə əlaqə saxladıq.

Zəngə cavab verən şəxs bildirdi ki, bu elanın yazılıb vurulması onun öz ideyasıdır: “Bu, tanışlıq bürosunun elanı deyil. Onu özüm yazıb ora yapışdırmışam, elə-belə, kefimdən. Özüm Bərdə rayonunda yaşayıram. Sürücü işləyirəm. Həmin avtomobil də mənimdir. Sadəcə, kefim belə istədi deyə elanı yazıb maşının üstünə vurdum” deyə bildirib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm