Aygün Kazımovanın qardaşının şikayəti rədd edildi
Bizi izləyin

Qırmızı.az

Aygün Kazımovanın qardaşının şikayəti rədd edildi

Bu gün Bakı Apelyasiya Məhkəməsində xalq artisti Aygün Kazımovanın qardaşı Kazım Kazımzadə və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Baş Prokurorluğun zərərçəkmişlərə dəymiş ziyanın “ANT” tikinti şirkətindən tutulması barədə məhkəmə qərarının ləğv edilməsi ilə bağlı apelyasiya protesti təmin edilməyib. Həmçinin təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı da şikayəti təmin edilməyib. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kazım Kazımzadənin 12 il, Yaqub Kiyasovun 10 il, Olqa Polkovanın 8 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin məhkəmə Kazım Kazımzadə həbs olunandan sonra “Əsgəroğlu-K” MMC-nin əmlakının “ANT” tikinti şirkətinə keçirilməsini nəzərə alaraq zərərçəkmişlərə dəymiş ziyanın həmin şirkətdən tutulması barədə qərar qəbul edib. “Əsgəroğlu-K” MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımzadə, şirkətin direktor müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Polkovanın bundan əvvəl də cinayət işi olub. Belə ki, onlar vətəndaşları aldadaraq xeyli miqdarda pul mənimsəməkdə ittiham olunublar. Əvvəlki cinayət işində 57 zərərçəkmiş şəxs istintaq tərəfindən tanınıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K. Kazımzadə 10 il, Y. Kiyasov 9 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan O. Polkova isə məhkəmə zalında həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən E. Əkbərov barəsində isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. O, 3 ili sınaq müddəti olmaqla, 7 il şərti olaraq azadlıqdan məhrum edilib.

Onu da qeyd edək ki, yeni cinayət işində 100-dən çox zərərçəkmiş şəxs var.

Kazım Kazımzadə Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm