İlin sonunadək 4 rayonda əlil və şəhid ailələri üçün evlər tikiləcək
Bizi izləyin

Qırmızı.az

İlin sonunadək 4 rayonda əlil və şəhid ailələri üçün evlər tikiləcək

2015-ci ilin sonunadək bu Sabirabad, Saatlı, Hacıqabul və Şirvanda müharibə əlilləri və şəhid ailələri üçün yeni fərdi evlər tikiləcək.

Publika.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Sabirabad rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında Sabirabad, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edərkən deyib.

Nazir həmçinin bildirib ki, hazırda Sabirabad rayonunda müharibə əlilləri və şəhid ailələri üçün 10 ədəd, Saatlı rayonunda 9 ədəd, Hacıqabul rayonunda 5 ədəd, Şirvan şəhərində isə 7 ədəd fərdi ev tikilir və cari ilin sonunadək bu 4 rayon və şəhərdə əlavə olaraq yeni fərdi evlərin də tikintisi nəzərdə tutulur.

Qəbul zamanı vətəndaşların müraciətləri əsasən dövlət hesabına mənzil və minik avtomobili, əlil arabası ilə təmin olunma, əlilliyi olan şəxslərin bərpa-müalicəsinə köməklik göstərilməsi məsələlərini əhatə edib. Digər müraciətlərdə məşğulluq, əmək hüquqlarının təminatı, peşə reabilitasiyasına cəlb olunma və s. məsələlər əksini tapıb. Müraciətlərin obyektiv şəkildə araşdırılaraq cavablandırılması barədə nazirliyin aidiyyati struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlarını verən S.Müslümov bütün sosial proqram və layihələrin bu il də uğurla davam etdirildiyini, o cümlədən respublikanın bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün yeni evlərin inşa olunduğunu diqqətə çatdırıb.

Nazir bölgələrində ünvanlı yardımlarla bağlı müraciətlər minimuma endiyini deyib. O, bildirib ki, ünvanlı dövlət sosial yardımları üçün vətəndaşlara fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.) və ya xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət imkanları yaradılmaqla, eyni zamanda müraciətlərə baxılması və yardımların təyinatı prosesinin tam avtomatlaşdırılması üçün yaxın beş ay ərzində texniki infrastruktur tam hazırlanacaq:

“Ünvanlı sosial yardımların təyinatında ünvanlılığın və şəffaflığın təminatına güclü nəzarət nəticəsində bu yardımlarla bağlı şikayət xarakterli müraciətlərin sayı kəskin şəkildə azalıb. Eyni zamanda, ölkənin bölgələrində keçirdiyimiz vətəndaş qəbulları zamanı da ünvanlı yardımlarla bağlı müraciətlər, demək olar ki, minimuma enib. Ünvanlı sosial yardım sisteminin avtomatlaşdırılması bu sahədə ciddi irəliləyiş olmaqla, ünvanlı yardım təyinatında hansısa məmur müdaxiləsi mümkün olmayan şəffaf bir mühitin yaranmasında, bununla da şikayətlərin aradan qalxmasında çox təsirli vasitə olacaq”.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm