Bayram yarmarkasıyla əlaqədar bu küçələr bağlı olacaq - FOTO
Bizi izləyin

Qırmızı.az

Bayram yarmarkasıyla əlaqədar bu küçələr bağlı olacaq - FOTO

Bayram yarmarkası ilə əlaqədar Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, bayram yarmarkası ilə əlaqədar olaraq General Akim Abbasov küçəsinin Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsindən Mirəli Seyidov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Nazim Hikmət küçəsindən istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, yarmarka mart ayının 19-dək davam edəcək.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm