Qırmızı.az
DİN işçi axtarır
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi,
Nazirliyin Aparatında vakant olan 3 inspektor-tərcüməçi vəzifəsində
xidmətə qəbulla bağlı müsabiqə elan edir.
Publika.az DİN-in mətbuat xidmətinə istinadən
xəbər verir ki, müsabiqədə dövlət ali təhsil müəssisələrində
tərcüməçi ixtisası üzrə magistr dərəcəsi almış, ingilis dilini
mükəmməl bilən, yaşı 30-dan /ixtisas üzrə elmi dərəcəyə malik
şəxslər yaşı 35-dən/ yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini
tam başa vurmuş (kişilər üçün), boyu 165 santimetrdən (qadınlar
üçün 160 santimetrdən) yüksək olan, "Azərbaycan Respublikasının
daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən
olunmuş şərtlərə cavab verən, Bakı şəhərində yaşayış yeri üzrə
qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak
edə bilərlər.
Müvafiq ixtisas üzrə elmi dərəcəyə və tərcüməçi kimi əmək
stajına malik şəxslərə üstünlük verilir.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki
hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə
yoxlanacaqdır.
Müsabiqədə iştirak etmək istəyən şəxslər Baş Kadrlar İdarəsinə
müraciət edərək edərək şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında
diplomu, hərbi bileti (kişilər üçün), əmək kitabçasını (olanlar
üçün) şəxsən təqdim etməlidirlər. - şəxsiyyət vəsiqəsi;
Müsabiqədə iştirak etmək üçün sənədlər 2015-ci il mart ayının
05-dən aprel ayının 05-dək hər gün (istirahət günlərindən başqa)
saat 10-dan 17-dək Bakı şəhəri, Azərbaycan prospekti 7, Daxili
İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində qəbul edilir.
Daxili İşlər Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsinin
tabeçiliyində olan orqan və hissələrdə vakant olan sıravi və kiçik
rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqədə iştirak
etmək üçün «Azərbayjan Respublikasının daxili işlər orqanlarında
xidmət keçmə haqqında» Əsasnaməyə uyğun olaraq yaşı 20 ilə 30
arasında, boyu 180 santimetr (qadınlar 170 santimetrdən) və daha
yüksək, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş (kişilər üçün),
əvvəllər məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta
təhsilli, Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan
Azərbaycan Respublikasının vətəndaşlarını dəvət edilir.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki
hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq,
xarici dil bilən namizədlərə üstünlük veriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2015-cü ilin aprel
ayının 10-dək iş günləri saat 10-dan 17-dək Bakı şəhəri, Azərbayjan
prospekti 7, Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə ərizə
ilə müraciət edərək şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin
əslini, hərbi bileti (kişilər üçün), əmək kitabçasını (olanlar
üçün) şəxsən təqdim etməlidirlər.
Əlavə məlumat almaq üçün (012) 590-95-23, 590-93-45 nömrəli telefonlarla Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi ilə əlaqə saxlamaq olar.
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti