• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azay Quliyev Qarabağ mövzusu üzrə layihə rəhbərləri ilə görüşüb

Azay Quliyev Qarabağ mövzusu üzrə layihə rəhbərləri ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev 2014-cü il maliyyə yardımı müsabiqəsi çərçivəsində Qarabağ mövzusu üzrə maliyyələşdirilmiş layihələrin rəhbərləri ilə görüşüb.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 15 layihə rəhbəri və Şura Katibliyinin əlaqədar əməkdaşlarının iştirak etdiyi görüşü açan A.Quliyev ölkə xaricində icra ediləcək bu layihələrin əhəmiyyətini vurğulayaraq deyib ki, görüşdə məqsəd layihələr və təşkilatlar arasında koordinasiya imkanlarını genişləndirmək və bununla effektivliyin artırılmasına yardım etməkdir.

Şura sədri qeyd edib ki, bu layihələr Türkiyə ilə bərabər Avropa ölkələrində də reallaşdırılmalı və ehtiyac olarsa, bunun üçün təşkilatlara əlavə dəstək təmin edilməlidir. A.Quliyev layihələrin icrası ilə bağlı hər bir QHT rəhbərinin fikirlərini bildirməsində və ümumi müzakirələr nəticəsində daha optimal təbliğat variantların tapılmasında böyük fayda olduğunu bildirib.

Qeyd edək ki, layihələr çərçivəsində Türkiyə, Almaniya, Belçika, Çexiya, İsveç, Norveç, Ukrayna, Polşa və digər ölkə universitetlərində Qarabağ və Azərbaycan guşələrinin yaradılması, konfransların keçirilməsi, mövzu üzrə yerli dillərdə və ingilis dilində hazırlanmış buklet, broşür və kitabların paylanması, qısametrajlı filmlərin nümayişi və sair tədbirlər nəzərdə tutulur.

Maliyyələşmiş layihələrin rəhbərləri çıxış edərək xarici ölkələrdə Azərbaycanın təbliği, Qarabağ münaqişəsi haqqında obyektiv həqiqətlərin yayılması və Xocalı soyqırımının tanıdılması ilə bağlı fikirlərini bölüşüblər. Qərara alınıb ki, sosial şəbəkələrdə bu təşkilatların qrupu yaradılsın və Tənzilə Rüstəmxanlının koordinatorluğu təşkilatlar üçün yardım olaraq dəyərləndirilsin.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR