İlaxır çərşənbədə Bakıdan dəvə karvanı keçəcək
Bizi izləyin

Qırmızı.az

İlaxır çərşənbədə Bakıdan dəvə karvanı keçəcək

Bakı Şəhər İcra Hakimiyyəti Novruz bayramı münasibəti ilə vətəndaşlara müraciət edib.

İH-nin mətbuat xidmətindən Nəzakət Məmmədovanın Publika.az-a verdiyi məlumata görə, martın 17-də saat 11.00-da Azneft meydanından dəvələrdən ibarət karvan hərəkət edərək Suraxanı rayonu Atəşgah məbədinə gedəcək.

Milli geyimli oğlan və qızlar musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə gətirdikləri odla saat 19.00-da Qoşa Qala qapısının qarşısındakı Gənclik meydanında tonqal yandırılacaq. İlaxır çərşənbə münasibətilə incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.

N.Məmmədovanın sözlərinə görə, konsert proqramının sonunda atəşfəşanlıq olacaq.

Xalqımızın milli adət-ənənələrinə uyğun olaraq, baharın gəlişi – Novruz bayramı ilə əlaqədar İlaxır çərşənbə münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti xalqımızı təbrik edir və bayram şənliyinə dəvət edir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm