• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakı məktəbində uçqun - VİDEO

Bakı məktəbində uçqun - VİDEO

Xətai rayonundakı məhəllələrdən birində divarlar torpaq qatına tab gətirməyərək uçub. Dağıntılar yola tökülüb. Sakinlərin istifadə etdiyi yeganə yol da keçilməz vəziyyətə düşüb.

ANS TV-nin məlumatına görə, Bakının Xətai rayonu, Gəncə prospekti, 191 saylı məktəbin yaxınlığındakı istinad divarları uçub. Buna görə də sakinlər və məktəblilər təşvişə düşüb. Dediklərinə görə, onların istifadə etdiyi yeganə yol buradır.

Sakinlərin dediyinə görə, yağan yağış suları nətəcəsində məktəbə yaxın ərazidə istinad divarları uçub. Buna görə də şagird və valideyinlər yol bağlandığından təhlükəli ərazidən keçmək məcburiyyətində qalır.

Sakinlər uçqunun səbəbini torpaq sürüşməsilə əlaqələndirirlər. Deyirlər ki, xoşbəxtlikdən, uçqun zamanı burdan keçən olmayıb. Hadisə gecə saatlarında baş verib. Ərazidə olan iri beton hissəcikləri aşağıya doğru uçub. Amma bu hadisə davamlı baş verir. Bütün bunlar müsahiblərimin sözləridir. Onların dediyinə görə, bir azdan məktəbin divarları da uçacaq. Bununla bağlı aidiyyatı qurumlara da dəfələrlə müraciət edilib.

“İstinad divarları yaxınlığında qaz xətti vardı. Xoşbəxtlikdən, uçqun zamanı qaz xətti zədələnmədi. Əgər qaz xətti zədələnsəydi, o zaman ərazidə güclü partlayış və yanğın baş verərdi”, – deyə sakin Gülağa Mehdiyev bildirib.

Məktəbin yuxarı hissəsində hün,dürmərtəbili binalar inşa edilib. Həmin binaların kanalizasiya sistemi olmadığına görə, su hara gəldi axıdılır. Nəticədə torpaq qatı boşalır və uçqun baş verir”, – deyə sakin Rasim Ağayev qeyd edib.

Baş verən hadisə ilə bağlı Ekologiya və Təbbi Sərvətlər Nazirliyindən bildirdilər ki, əraziyə baxış keçirilib. Və orda torpaq sürüşməsi faktı qeydə alınmayıb. Sadəcə uçqun hadisəsi baş verib. Aidiyyəti qurumlara da qeydə alınan faktlarla bağlı məlumat verilib.

Xətai Rayon İcra Hakimiyyətindən isə verilən məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baxış keçirib və rəy də tərtib edilib. Rəy isə Nazirlər Kabinetinə təqdim edilib. Bununla da problem tezliklə həll olunacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR