Müdafiə naziri Mehdi Hüseynzadənin məzarını ziyarət edib - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Müdafiə naziri Mehdi Hüseynzadənin məzarını ziyarət edib - FOTOLAR

Sloveniya Respublikasında rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Çepovan kəndində yerləşən qardaşlıq qəbiristanlığında dəfn olunmuş Sovet İttifaqı və Sloveniya Qəhrəmanı Mehdi Hüseynzadənin məzarını ziyarət edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, nümayəndə heyətinin üzvləri əfsanəvi qəhrəmanın şərəfinə ucaldılmış abidə önünə əklil qoyduqdan sonra, onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şempas qəsəbəsində yaradılmış muzeydə olublar.

Sonra müdafiə naziri Azərbaycan-Sloveniya Dostluq cəmiyyətinin, Sloveniya ictimaiyyətinin nümayəndələri, Mixaylo ilə çiyin-çiyinə döyüşmüş silahdaşları və yerli sakinlər ilə görüşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm