13 dövlət orqanı FİN-ə uyğunlaşdırılıb
Bizi izləyin

Qırmızı.az

13 dövlət orqanı FİN-ə uyğunlaşdırılıb

Rabitə və Yüksək Texnologiyalar, Daxili İşlər, Ədliyyə, Səhiyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Gömrük, Əmlak Məsələləri Dövlət komitələri, Dövlət Sərhəd Xidməti, Dövlət Sosial Müdafiə Fondu daxil olmaqla təxminən 13 mərkəzi icra orqanında informasiya sistemləri tam olaraq fərdi identifikasiya nömrəsinə (FİN) uyğunlaşdırılıb.

Bu barədə Publika.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən məlumat verilib.

Məlumata görə, hazırda “Azərsu” ASC, “Azəristiliktəchizat” ASC, “Azəriqaz” İB, “Azərişıq” ASC-nin mülkiyyətində olan informasiya sistemlərində abunəçilərə dair fərdi məlumatların “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemindəki məlumatlarla qarşılaşdırılaraq FİN-ə uyğunlaşdırılması istiqamətində müvafiq işlər aparılır.

Analoji proses Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin informasiya sistemi ilə də aparılır.

Eyni zamanda hər üç mobil operator ilə də bu sahədə əməkdaşlıq edilir.

Qeyd edək ki, FİN – dövlət reyestrinə barəsində məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən vahid təkrarolunmaz koddur.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm