Küçə itləri qadını parçaladı
Bizi izləyin

Qırmızı.az

Küçə itləri qadını parçaladı

Türkiyənin Eskişehir vilayətində küçə itləri tərəfindən parçalanmış qadın cəsədi tapılıb.

Publika.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, boş ərazidə itlərin bir qadın cəsədini parçaladığını görən vətəndaşlar polisə məlumat verib.

Hadisə yerinə gələn polislər cəsədin Erinc Pütün adlı qadına məxsus olduğunu müəyyənləşdirib. Onun çantası 500 metr aralıda tapılıb. Polislər həm cəsədin, həm də çantanın olduğu yerdə itlərin ayaq izlərini aşkarlayıb. Heyvansevər bir şəxs olan Erinç Pütünün tez-tez boş əraziyə gələrək küçə itlərinə yemək verdiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm