Qırmızı.az
Azərbaycanda buraxılış imtahanları keçirilir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün
ölkənin bütün peşə liseylərinin (cəmi 44) sonuncu sinfində təhsil
alan şargirdlər üçün buraxılış imtahanı keçirir.
Komissiyadan Publika.az-a verilən məlumata görə, imtahan 29
şəhər və rayonda (Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz,
Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab,
Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad,
Quba, Xaçmaz) təşkil olunur.
Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün
- Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili),
riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. Şagirdlərə hər bir
fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilir. Əlavə
olaraq, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə
yetirirlər. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15
dəqiqə, yazı işinin yerinə yetirilməsinə isə 30 dəqiqə vaxt
ayrılır.
Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar
haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək
müddətdə elan edilir.
İmtahanın aparılması üçün 29 imtahan mərkəzi ayrılıb. Prosesin
idarə edilməsinə 39 imtahan rəhbəri, 430 zal nəzarətçisi cəlb
olunub.
İmtahanlarda ümumilikdə 5026 şagirdin (Bakıda 2049, Gəncədə 337,
Şəmkirdə 92, Gədəbəydə 185, Qazaxda 99, Tovuzda 134, Sumqayıtda
420, Abşeronda 135, Şamaxıda 66, Qaxda 117, Bərdədə 136, Göyçayda
106, Kürdəmir 117, Zərdabda 80, Şirvanda 170, Sabirabadda 94,
Biləsuvarda 83, Salyanda 91, Saatlıda 116, Lənkəranda 77,
Cəlilabadda 100, Qubada 103, Xaçmazda 119) iştirak edəcəyi
gözlənilir
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama