• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycan Mətbuat Şurası mitinqdə monitorinq aparıb

Azərbaycan Mətbuat Şurası mitinqdə monitorinq aparıb

Milli Şuranın martın 15-də metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı hər hansı problem qeydə alınmayıb.

Aksiyada olan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupunun üzvlərinə bununla bağlı hər hansı müraciət edilməyib.

Mətbuat Şurasından verilən məlumata görə, qurumun (012) 441-35-30 nömrəli “qaynar xətt”inə də heç bir müraciət daxil olmayıb.

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri mitinqi işıqlandıran jurnalistlərin heç də hamısının üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olmadığını qeydə alıb və bununla bağlı müvafiq tövsiyələrini veriblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR