Boğazı kəsildi, dedi yıxılmışam
Bizi izləyin

Qırmızı.az

Boğazı kəsildi, dedi yıxılmışam

Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb. Hadisə Oqtay Şaban küçəsi 17 ünvanında baş verib.

Həmin ünvanda yaşayan Aqşin Səlimov boğaz nahiyəsinin kəsilmiş-deşilmiş yara diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Zərərçəkmiş ilkin ifadəsində bıçaqlanmadığını, yıxılaraq xəsarət aldığını iddia edib.

Yaralının dediyinə görə, yaşadığı ünvanda ayağı büdrəyib və yıxılıb. Elə bu zaman da naməlum metal parça onun boğazına batıb.

Faktı araşdıran Suraxanı rayon hüquq mühafizə orqanlarının əməkdaşları bütün qaranlıq məqamlara aydınlıq gətirəcək. (anspress.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm