Cəlilabadda ev partladı, 4 nəfər xəsarət aldı
Bizi izləyin

Qırmızı.az

Cəlilabadda ev partladı, 4 nəfər xəsarət aldı

Cəlilabadda evdə partlayış oldu, 4 nəfər xəsarət aldı.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 252 kv.m olan ikimərtəbəli 10 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində evin 1-ci mərtəbəsində 1 ədəd divan və döşək qismən yanıb. Partlayış zamanı 4 nəfər yanıq xəsarəti alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm