“20 Yanvar” dairəsi yenə genişləndirilir
Bizi izləyin

Qırmızı.az

“20 Yanvar” dairəsi yenə genişləndirilir

Paytaxtın "20 Yanvar" dairəsi adlanan ərazisində genişləndirilmə işlərinə başlanılıb.

Bu barədə Publika.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, Alı Mustafayev küçəsinin Cavadxan küçəsi ilə kəsişməsində yerləşən yolötürücüsündən gələn nəqliyyat vasitələri 20 Yanvar ərazisinə daxil olan zaman müəyyən sıxlıq ilə qarşılaşırdı. Bunu nəzərə alaraq həmin ərazidə yerləşən üçbucaq şəklində olan təhlükəsizlik adaları götürülərək genişləndirilmə işlərinə start verilib.

P. Mürsəliyev bildirib ki, bundan əlavə, həmin hissədə hündürlüyü 50 sm olan təkərqaytaranlar mərmər səki daşları ilə əvəzlənəcək. Eyni zamanda, avtobus və taksi dayanacaqlarının da genişləndirilməsi planlaşdırılır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm