TQDK-nın apellyasiya komissiyası fəaliyyətə başladı
Bizi izləyin

Qırmızı.az

TQDK-nın apellyasiya komissiyası fəaliyyətə başladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Apelyasiya Komissiyası yaradılıb.

TQDK-dan verilən məlumata görə, Komissiya 2015/2016-cı tədris ili üçün baza ali tibb təhsili əsasında rezidentura səviyyəsinə qəbul imtahanının martın 15-də keçirilən I mərhələsi ilə (baza fənləri üzrə) əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün təşkil olunub.

Apelyasiya komissiyası Bakı şəhəri Abdulvahab Salamzadə küçəsi 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Namizədlər Apelyasiya Komissiyasına 16-18 mart tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm