Bayram günləri qatarlara əlavə vaqonlar qoşulacaq
Bizi izləyin

Qırmızı.az

Bayram günləri qatarlara əlavə vaqonlar qoşulacaq

Novruz bayramı günlərində dəmir yolunun müəssisə və təşkilatlarında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Bu barədə Publika.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, Beynəlxalq Novruz bayramı günlərində - 20-28 mart 2015-ci il tarixlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin müəssisə və stansiyalarında fasiləsiz iş rejimi təşkil ediləcəkdir: “Bununla bağlı iş adamlarının zərərinə çatdırırıq ki, vaqonların yüklənməsi və boşaldılması prosesində fasilələr olmayacaq. Eyni zamanda, bayram günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin təsərrüfatları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər”.

N.Əzməmmədov əlavə edib ki, Sərnişin daşımaları Departamentinin kollektivi sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-20 əlavə vaqonun qoşulmasını təmin edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm