Qırmızı.az
Polis gücləndirilmiş rejimdə işləyəcək
Azərbaycan polisi Novruz bayramı günlərində
gücləndirilmiş iş rejimində çalışacaq.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, daxili işlər
naziri general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən
Novruz bayramı şənlikləri zamanı ictimai asayişin, qanunçuluğun və
hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə
və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədi ilə 2015-ci il
martın 20-dən 29-dək nazirliyin bütün orqan və hissələrinin şəxsi
heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Əmrdə qeyd edilir ki, bayram günlərində ictimai yerlərdə və
insanların kütləvi istirahət etdiyi ərazilərdə xoşagəlməz
hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti
gücləndirmək məqsədi ilə qabaqlayıcı və digər zəruri tədbirlərin
görülməsi təmin edilməlidir.
Bu məqsədlə bayram günlərində göstərilən ərazilərdə post patrul xidməti naryadlarının sayı artırılacaq.
-
Magazin123:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ