İranla sərhəddə park-bulvar kompleksi salınıb - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

İranla sərhəddə park-bulvar kompleksi salınıb - FOTOLAR

Astara rayonu İcra Hakimiyyəti tərəfindən aparılan tikinti-abadlaşdırma işləri sürətlə davam etdirilir.

Publika.az xəbər verir ki, rayonda hazırda icra olunan yeni layihələrdən biri Xəzər dənizi sahilində salınan park-bulvar kompleksidir. İranla sərhəd ərazidə yerləşən dənizkənarı bulvarın uzunluğu 700 metrdir və 5 hektar ərazini əhatə edir. Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev jurnalistlərlə görüşündə bildirib ki, gələcəkdə Bulvarın ərazisini 25 hektara çatdırmaq planlaşdırırlar. Park-bulvarın olduqca problemli ərazidə salındığını deyən icra başçısı dənizin sahilinin qamışlıqdan və tullantılardan təmizləndiyini qeyd edib.

Ərazidə idman kompleksi, otel və kotteclər də inşa olunur. Bundan başqa, layihədə bulvar ərazisində uşaqlar üçün müxtəlif attraksionların qurlaşdırılması da nəzərdə tutulub. Ötən il başlamış tikinti işləri artıq yekinlaşmaq üzrədir. Hazırda bulvarda yaşıllaşdırma, ağacəkmə tədbirləri həyata keçirilir.

Yeni salınmış bulvar ərazisində subtropik meyvə ağaclarından və çay növlərindən nümunələr də əkilib.

İcra başçısı Park-bulvarın yay mövsümünə qədər istifadəyə hazır vəziyyətdə olacağını deyib.

Prezident İlham Əliyevin bütün digər şəhər və rayonlara olduğu kimi Astaranın da sosial-iqtisadi inkişafına xüsusi diqqət ayırmasından danışan Q.Ağayev son illər rayonda həyata keçirilmiş bir sıra infrastruktur layihələrindən söz açıb. O qeyd edib ki, qazla təmin olunmuş Astara kəndlərinə yeni yollar çəkilib, sakinlərin istirahətini təmin etmək məqsədilə parklarda abadlaşdırma işləri aparılıb.

Q.Ağayev onu da bildirib ki, düyü və çay sahələrinin genişləndirilməsi istiqamətində əhatəli iş aparılır, rayonun turizm imkanlarının artırılması məqsədilə müxtəlif layihələr həyata keçirilir.

Hazırda Astarada tikilməkdə olan yeni çay fabrikinin istifadəyə verilməsilə çay istehsalının artırılacağını deyən icra başçısı gələcəkdə bu tipli müəssisləri artırmağı planlaşdırdıqlarını da açıqlayıb.

Astarada salınmış dənizkənarı park-bulvarın fotolarını təqdim edirik:

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm