19 həkimin diplomu saxta çıxdı
Bizi izləyin

Qırmızı.az

19 həkimin diplomu saxta çıxdı

Azərbaycan Səhiyyə Nazirliyi bu il aşkarladığı 19 saxta diplomla bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.

Publika.az-ın məlumatına görə, 2015-ci ilin son iki ay ərzində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161- qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 86 şikayətə nazirlikdə baxılıb.

Aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 21 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb, 71 şikayət əsassızdır.

Bundan əlavə, görülmüş yoxlama tədbirləri nəticəsində 19 saxta diplom aşkar olunaraq, toplanmış materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm