Jurnalistikanın magistr pilləsinə qəbulla bağlı qeydiyyat başlanır
Bizi izləyin

Qırmızı.az

Jurnalistikanın magistr pilləsinə qəbulla bağlı qeydiyyat başlanır

Azərbaycan Mətbuat Şurası yaxın günlərdə jurnalistika üzrə magistraturaya qəbul imtahanının qabiliyyət imtahanı mərhələsində Qabiliyyət imtahanı komissiyasının üzvləri kimi iştirak etməsi nəzərdə tutulan ekspertlərin siyahısını və onlarla bağlı zəruri məlumatları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim edəcək.

MŞ-dən Trend-ə verilən məlumata görə, ali məktəblərin jurnalistika fakültələrinin magist pilləsində təhsil almaq istəyən və 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayan bakalavrların qeydiyyatı 2015-ci il martın 19-dan 29-dək aparılacaq.

Bunun üçün onlar TQDK-nın internet saytında müvafiq səhifədə (http://eservices.tqdk.gov.az/erizemag/) jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmalıdırlar.

Məsələ ilə bağlı prosedur qaydalar və proqramlar Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi orqanı olan “Magistr” jurnalının 2015-ci ildə çapdan çıxmış 3-cü sayında dərc edilib.

Xüsusi olaraq qeyd edirik ki, 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq magistr pilləsindəki təhsillərini jurnalistika ixtisası üzrə davam etdirə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm