Qırmızı.az
245 həkim mütəxəssis olmaq şansını itirdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələrini elan edib.
Publika.az-ın məlumatına görə, imtahanda iştirak etmiş namizədlər imtahan nəticələri TQDK-nın internet saytına daxil olaraq və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
TQDK baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin
hazırlanması məqsədilə rezidentura səviyyəsinə keçirilmiş qəbul
imtahanının I mərhələsinin nəticələrini martın 16-da saat 17:30-dan
etibarən elan edib.
Hər bir namizəd TQDK-nın internet saytına daxil olaraq imtahan
nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola
bilər.
Namizədlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil
telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə
bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1245 nəfər
namizəddən 33 nəfəri imtahana gəlməyib. 1000 nəfər namizəd I
mərhələnin müsabiqə şərtini (30 və daha yüksək bal) ödəyərək ikinci
mərhələyə buraxılıb.
Ən yüksək nəticə 86 bal olub.
Qeyd edək ki, rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 7-də keçiriləcək və namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.
Gülxar
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı