• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanda asfalt-beton örtüyünün keyfiyyətini artırmaq üçün yenilik

Azərbaycanda asfalt-beton örtüyünün keyfiyyətini artırmaq üçün yenilik

Azərbaycanda asfalt-beton örtüklərinin keyfiyyətinin yaxşılaşdırılması və uzunömürlüyünun artırılması məqsədilə istifadə olunacaq yeni qatqı hazırlanıb.

Publika.az-ın məlumatına görə, həmin qatqı maddə Təcrübə-Sənaye Zavodunda hazırlanacaq.

Bu gün AMEA prezidenti, akademik Akif Əlizadə AMEA-nın Təcrübə-Sənaye Zavodunda görülən yenidənqurma işləri ilə tanış olub. AMEA rəhbərinə zavodun ərazisində müalicəvi və təbii ağ naftalan yağının alınması qurğusu, istehsal gücü və əhəmiyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, qurğunun iki ay müddətində tam istifadəyə verilməsi nəzərdə tutulur.

Sonra akademik Akif Əlizadə yerli xammal bazasına əsaslanan və müasir tələblərə cavab verən plastik sürtgü materiallarının istehsalı qurğusunun açılış mərasimində iştirak edib.

Tədbirdə, həmçinin zavodun ərazisindəki sexlərdə aparılmış təmir-tikinti və yenidənqurma işləri nəticəsində “Solidol”, “Litol 24” və “Floran YP-2” də daxil olmaqla 8 adda plastik sürtgü materialı, ümumilikdə isə 25 adda məhsulun istehsalı haqqında məlumat verilib.

A.Əlizadə zavodda “Bitum adgeziya qatqısı”nın alınması prosesi ilə də tanış olub. AMEA rəhbərinin diqqətinə çatdırılıb ki, asfalt-beton örtüklərinin keyfiyyətinin yaxşılaşdırılması və uzunömürlüyünun artırılması məqsədilə istifadə olunacaq qatqının aidiyyatı zavodlarda birbaşa istehsalata tətbiqi mümkündür.

A.Əlizadə stendlərdə nümayiş olunan məhsulların elmimiz üçün mühüm nailiyyət olduğunu vurğulayıb.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR