“Taleh Xasməmmədov damarlarını kəsməyib” - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

“Taleh Xasməmmədov damarlarını kəsməyib” - AÇIQLAMA

Taleh Xasməmmədov damarlarını kəsməyib. Bu barədə KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Bu fikirləri Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Əliməmməd Nuriyev “Publika.az” saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, Taleh Xasməmmədovla şəxsən danışıb və T.Xasməmmədov bu haqda hüquq-müdafiəçisinə özü məlumat verib. T.Xasməmmədov bildirib ki, bazar günü boğazındakı zob xəstəliyi ilə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb, hazırda müayinələr aparılır və nəticələrdən asılı olaraq müalicə təyin olunacaq.

T.Xasməmmədov həmçinin onu da qeyd edib ki, həbs olunduqdan sonra müəyyən problemlər yaşasa da, hazırda Müalicə Müəssisəsində hər hansı çətinliyi yoxdur.

Xatırladaq ki, KİV-də T.Xasməmmədovun damarlarını kəsməsi ilə əlaqədar olaraq Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi barədə məlumatlar yayılıb. Məlumat üçün onu da bildirək ki, Taleh Xasməmmədov fevralın 24-də xuliqanlıqda ittiham olunaraq saxlanıb. O, bundan qabaq - 2011-ci ilin noyabrında da xuliqanlıq və polisə müqavimət maddələri ilə həbs edilmişdi. Göyçay rayon Məhkəməsi onun haqqında 4 il azadlıqdan məhrumetmə cəzası çıxarmışdı. Təxminən, bir il sonra prezidentin əfv sərəncamına düşərək azad olunmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm