Qırmızı.az
Bakıda universitet rektorunun qızını belə döydülər - VİDEO
Xəzər Universitetinin rektorunun qızı Ülkər İsayeva
09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq
prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş
tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.
Bakı şəhəri BPİ-nin istintaq və təhqiqat idarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin xüsusi ilə mühüm işlər üzrə baş müstəntiqi polis polkovnik- leytenantı Yasin Mikayıllının 14 mart 2015- ci il tarixli vəsatəti əsasında ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirən Bakı şəhər prokurorluğunun müavini baş ədliyyə müşaviri Azər Əsgərov eyni tarixli təqdimatla məhkəməyə müraciət edərək Azərbaycan Respublikası 222.2.1-ci maddəsi ilə təqsirləndirən şəxs qismində cəlb edilmiş Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Daxil olan məlumata əsasən bildirilir ki, Məmmədov Zaur Muxtar oğlu 09 mart 2015-ci ildə, saat 04:25 radələrində qardaşı Elin Məmmədovla bir qrup şəxs halında sərxoş vəziyyətdə ictimai yerdə, Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində heç bir səbəb olmadan tanışları İsayeva Ülkər Hamlet qızını idarə etdikləri 90 KU 050 dövlət nömrə nişanlı “ BENTLEY” markalı avtomobildən zorla çəkib çıxarmaqla yerlə sürüyərək, əl və ayaqla zərbələr endirmişlər. Hadisəni görən vətəndaşların müdaxiləsindən sonra Ülkər İsayeva taksiyə əyləşərək hadisə yerindən uzaqlaşmaq istəyən zaman, ona imkan verməyərək zorla taksi maşınından düşürdülərək yerlə sürülmüş təkrarən əl və ayaqla zərbələr yetirmişlər. Bu zaman vətəndaşların müdaxiləsindən sonra Ü. İsayevaya təkrar təziq göstərilərək “Bentley” markalı minik avtomobilinə otuzdurularaq fiziki təziqə məruz qalmışdır.
Adıçəkilən hüquq mühafizə orqanlarında, ictimai qaydanı kobud
surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən vətəndaşlar
üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi
hadisəsi ilə müşayət edilən hərəkətlər üzrə istintaq aparılaraq
12.03.2015-ci il tarixində Məmmədov Zaur Muxtar oğlu barəsində
Azərbaycan Respublikasının CM-nın 221.2.1 maddəsində nəzərdə
tutulan cinayət əməlini törətmiş, Z. Məmmədov 12.03.2015-ci il
tarixdə çübhəli şəxs qismində tutulmuşdur.
14.03.2015-ci ildə ona Azərbaycan Respublikasının CM- nin
221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan
edilmişdir.
Barələrində 14.03.2015-ci il hər iki təqsirləndirilən şəxs
barəsində Bakı Şəhər Prokurorluğu tərəfindən həbs qətimkan tədbiri
seçilməsi üçün Xətai rayon Məhkəməsinə təqdimat verilmişdir. Lakin
Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova tərəfindən çıxarılan
qərara əsasən iki qardaş- Zaur və Elin Məmmədov qardaşları məhkəmə
zalından azad edilmişlər.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cinayət
hadisəsi ilə bağlı məlumatın doğruluğunu
təsdiqləyib./musavat.com/
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?