Nazir: “Müəllim peşəsini seçim peşəsinə çevirməliyik”
Bizi izləyin

Qırmızı.az

Nazir: “Müəllim peşəsini seçim peşəsinə çevirməliyik”

“Apardığımız araşdırmalar göstərir ki, gənclərin akademik nailiyyəti arasında birbaşa bağlar mövcuddur. Sosial iqtisadi tərəqqi təhsillə birbaşa əlaqəlidir”.

Bu sözləri təhsil naziri Mikayıl Cabbarov Azərbaycan İnvestisiya Sammitində çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanda təhsilin inkişafına dair strategiya və ona əsasən hazırlanmış fəaliyyət planı təhsilin inkişafına yönəlib və artıq bununla bağlı müvafiq qurumlarla işlərə başlanılıb.

SABAH qruplarının fəaliyyətinə toxunan nazir bildirib ki, bu, ilk növbədə tələbələr arasında akademik mühit yaradır.

“Bu qruplarla akademik müəllimlərlə yanaşı, praktiki olaraq bu işlə məşğul olanlar çalışır. Bu da həmin qruplarda iş adamları üçün praktik bacarığı olan mütəxəssis deməkdir. Artıq növbəti il üçün qəbula başlanılır. Hesab edirəm ki, əvvəlki illə müqayisədə qəbul sayın artırılması nəzərdə tutulur. Xaricdə təhsil proqramı əsasında bu günə qədər 900-dək xaricdə təhsil almış gənc ölkəmizə qayıdaraq biliklərini ölkə iqtisadiyyatına tətbiq edir. Xaricdə təhsil proqramının birinci mərhələsi başa çatıb. İkinci mərhələyə başlamaq üçün ötən həftə bu barədə müzakirə keçirdik. Bu proqramda bəzi yeniliklər də olacaq. Xaricdən Azərbaycana mütəxəssislərin cəlb edilməsi, tədris proqramları, elmi araşdırmaların aparılması niyyətindəyik”.

Nazir həmçinin vurğulayıb ki, Azərbaycanda sosial-iqtisadi inkişafı təhsil sistemi qarşısında da müəyyən tələblər qoyub:

“Xüsusən də peşə təhsili sistemində bazar üçün kadrların yetişdirilməsi üçün özəl şirkətlərlə birlikdə işləməyi planlaşdırırıq. Təhsilin keyfiyyətini təmin edən təhsil verənin keyifyyətidir. Ona görə də qarşımızda duran vəzifə müəllim peşəsini seçim peşəsinə çevirməkdir. Buna görə də bu ilin yanvarında müəllimlərin maaşı artırıldı. Təxminən maaş artımı müəllimlərin 20%-ni əhatə edir. Bu rəqəmin artırılmasını planlaşdırırıq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm