• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Nazir müavini: “Azərbaycanda biznesə başlamaq çox asandır”

Nazir müavini: “Azərbaycanda biznesə başlamaq çox asandır”

“Son 10 ildə əhalinin gəlirləri 6 dəfə artıb. İşsizlik 5 %-dən də aşağı səviyyəyə enib. Azərbaycanda 40%-dən çox əhali yoxsulluq içərisində yaşayırdı. Son 10 ildə bu göstərici 5%-ə enib. Dövlət büdcəsi 13 dəfə, əhalinin gəlirləri 6 dəfə artıb. İşsizlik 8-14-dən 5 %-dən aşağı enib. Bu, böyük göstəricidir”.

Publika.az-ın məlumatına görə, bu sözləri Azərbaycan İnvestisiya Sammitində çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova deyib.

Nazir müavini bildirib ki, artıq 170 ilə yaxındır ki, Abşeron yarımadasında sənaye üsulu ilə neft çıxarılır. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan müstəqil şəkildə öz neftini ixrac etməyə başlayıb:

“Ölkənin enerji təhlükəsizliyi təmin edilib. Sovet dövründən qalmış infrastrukurlara böyük sərmayələr qoyulub. Paytaxt və rayonlara böyük vəsaitlər ayrılıb. Azərbaycan beynəlxalq səviyyəli müsabiqələrə ev sahibliyi edib. Kosmosa çox məhdud sayda peyk çıxaran ölkələr sırasında yer almışıq. 2010-ci ildən əsasən qeyri-neft sektoru inkişaf etməyə başladı. Bu gün qeyri-neft sektorunun payı neft sektorunun payından çoxdur”.

Nazir müavini bildirib ki, hal-hazırda Azərbaycanda biznesə başlamaq çox asandır: “Qeyri-neft sektorunun payı neft sektorunu üstələyib. Bu gün bir neçə dəqiqə ərzində Azərbaycanda biznesə başlamaq mümkündür. Kiçik və orta biznesin inkişafı üçün investisiyalar ayrılır. Hazırda biznes üçün çox vacib olan tikinti, əmlak qeydiyyatı sahələrində əlavə tədbirlər hazırlanır. Dünya Bankı ilə birlikdə biznesin inkişaf etdirilməsi üçün səylərimizi bundan sonra da davam etdirəcəyik. Müasir tələblərə cavab verən infrastrukturun mövcud olması üçün savadlı kadrların da olması vacibdir. Hesab edirəm ki, xaricdə təhsil alan 2500-dən çox azərbaycanlı tələbə Azərbaycanın gələcəyi üçün xeyirli işlər görəcək. Ona görə də təhsil və iqtisadiyyat bir-biri ilə bağlı sahələrdir. İqtisadi inkişaf da təhsilin inkişafına öz töhfəsini verib”.

Bu gün Azərbaycan qarşısında duran layihələrdən danışan nazir müavini bildirib ki, geosiyası risklər, mövcud iqtisadi problemlər Azərbaycan qarşısında da çağırışlar qoyur.

“İqtisadiyyatımızın səmərəliliyini artırmaq, qeyri-neft sektorunun payını artırmaq qarşımızda duran əsas vəzifələrdəndir”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR