Hamlet İsaxanlının qızının döyülməsi faktı ilə bağlı protest verildi
Bizi izləyin

Qırmızı.az

Hamlet İsaxanlının qızının döyülməsi faktı ilə bağlı protest verildi

Bakı şəhər Prokurorluğu Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsi faktı ilə bağlı Xətai rayon Məhkəməsinin qərarından protest verib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusuna açıqlamasında bildirib ki, Bakı şəhər Prokurorluğu Xətai rayon Məhkəməsinin qeyd edilən qərarından apellyasiya protesti verib. Həmin protestə bu gün saat 17:00-da Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Xəzər Universitetinin rektorunun qızı Ülkər İsayeva 09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.

Faktla bağlı 14.03.2015-ci ildə ona Azərbaycan Respublikasının CM- nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilib.

Barələrində 14.03.2015-ci il hər iki təqsirləndirilən şəxs barəsində Bakı Şəhər Prokurorluğu tərəfindən həbs qətimkan tədbiri seçilməsi üçün Xətai rayon Məhkəməsinə təqdimat verilmişdir. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova tərəfindən çıxarılan qərara əsasən iki qardaş - Zaur və Elin Məmmədov qardaşları məhkəmə zalından azad ediliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm