Baş nazir HESABAT verir: “Bütün məqsədlərə nail olunub”
Bizi izləyin

Qırmızı.az

Baş nazir HESABAT verir: “Bütün məqsədlərə nail olunub”

Milli Məclisin bu gün keçirilən iclasında baş nazir Artur Rəsizadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatla çıxış edib.

“Ölkə üzrə yoxsulluğun səviyyəsi azalaraq 5 faizə düşüb”

Publika.az-ın məlumatına görə, hökumətin hesabatını təqdim edən baş nazir Artur Rəsizadə deyib ki, son illərdə ölkədə aparılan tərəqqi siyasəti davam etdirilib: “Qarşıya qoyulan bütün məqsədlərə nail olunub, iqtisadiyyat şaxələndirilib, xalqın rifahı üçün əhəmiyyətli addımlar atılıb. Prezidentin fəaliyyəti səbəbindən ölkədə davamlı iqtisadi sabitlik yaranıb. Dünya iqtisadiyyatında baş verən qeyri-davamlılığın ölkə iqtisadiyyatına təsiri azalıb. 11,5 milyard xarici investisiyasına şərait yaradılıb. Əhalinin gəlirləri artıb, inflyasiya isə 1,4 faiz səviyyəsində saxlanılıb. Manatın sabitliyi qorunub, valyuta ehtiyatları 51,3 milyard dolları keçib”.

Məlum olub ki, ünvanlı sosial yardım alan şəxslərin sayı 33 faiz azalıb. Bir ailəyə düşən sosial yardım 149 manat təşkil edib: “Ölkə üzrə yoxsulluğun səviyyəsi azalaraq 5 faizə düşüb. Məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib. 4 mindən çox məcburi köçkün ailəsi mənzillə təmin edilib, bu istiqamətdə 650 milyon manatdan artıq maliyyə xərclənilib”.

“2014-cü ildə ölkədə 230-dan çox sənaye müəssisəsi açılıb”

Baş nazir həmçinin deyib ki, dövlət büdcəsinin vəsaiti hesabına real sektorda layihələr maliyyələşdirilib: “Sahibkarlara 290 milyon manat kredit verilib, 39 iri müəssisə yaradılıb. Ötən il üçüncü dövlət proqramı qəbul edilib, əvvəlki proqramlar səbəbindən regionlarda çoxlu sayda istehsal müəssisələri, sənaye parkları yaradılıb, təmir-tikinti işləri aparılıb. Regionların inkişafına 4,5 milyard manat yönəldilib. 2014-cü ilin sənaye ili elan olunması qeyri-neft sektorunun inkişafını stimullaşdırıb. Bunun nəticəsi olaraq 2014-cü ildə ölkədə 230-dan çox sənaye müəssisəsi açılıb”.

A.Rəsizadə bildirib ki, neft-qaz sektoru hələ uzun illər ölkə iqtisadiyyatında mühüm yer tutacaq: “Ötən il Azərbaycan qazının Avropa ölkələrinə nəqli üçün nəzərdə tutulan “Cənub Qaz Dəhlizi”nin əsası qoyulub. Cənub Qaz Dəhlizi, TAP, TANAP kimi layihələr uzun illər ölkənin iqtisadi maraqlarına və xalqın rufahına xidmət edəcək”.

Kənd təsərrüfatına yönəldilən vəsaitlərə toxunan baş nazir deyib ki, 2014-cü ildə bu sahəyə xüsusi diqqət ayrılıb, kənd təsərrüfatı 5 il müddətinə bütün vergilərdən azad edilib: ”İri fermer təsərrüfatının yaradılmasına nəzərdə tutulan layihələrə 47 milyon manat ayrılıb”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm