Avtovağzalda avtobuslar üçün yeni yol salınacaq - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Avtovağzalda avtobuslar üçün yeni yol salınacaq - FOTOLAR

Biləcəri enişindən və X.Natəvan küçəsindən Rəşid İsmayılov küçəsinə və əks istiqamətdə hərəkər edən nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə artıq yenidənqurma işlərinə başlanılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Publika.az-a verilən məlumata görə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Rəşid İsmayılov küçəsində hərəkət zolaqlarının artırılması istiqamətində işlər həyata keçirilir.

Sözügedən küçənin X.Natəvan küçəsi ilə kəsişməsindən Bakı-Quba yolunun 7-ci km-də yerləşən yolötürücüsünə qədər olan hissəsində genişləndirmə işləri aparılır. X.Natəvan küçəsi ilə kəsişməsindən Avtovağzal dairəsinə qədər olan hissəsi hər bir zolağı 3,75 m olmaqla 3 hərəkət zolaqlı, Avtovağzal dairəsindən X.Natəvan küçəsi ilə kəsişməsinədək olan hissəsi isə hər zolağı 3,5 m olmaqla 2 hərəkət zolaqlı avtomobil yolu və avtobuslar üçün eni 7,5 m olan zolaq və cib nəzərdə tutulub.

Bundan əlavə, həmin ərazidə yerləşən dairənin kiçildilməsi planlaşdırılır. Yeni layihəyə əsasən dairənin radiusu 11 m, diametri isə 22 m təşkil edəcək. Dairədən Avtovağzal istiqamətinə olan 110 metrlik məsafə 4 gediş-gəlişdən ibarət olacaq. Əlavə olaraq avtobuslar üçün hərəkət zolağı və dayanacaq inşa olunacaq. Eyni zamanda Bakı-Quba yolunun yenidən qurulmuş 6-9 km köməkçi hissəsindən Avtovağzal istiqamətinə olan sahəsində eni 3,5 m olan yeni zolaq salınacaq. Hazırda ərazidə yol geyiminin tikintisinə start verilib.

Məlumata görə, hava şəraiti normal keçərsə, işlərin yaxın bir ay ərzində tamamlanması gözlənilir. Nəzərdə tutulan yenidənqurma işlərindən sonra yeni inşa olunmuş dairəvi qovşaq və zolaqlar hesabına həmin ərazidə nəqliyyat sıxlığı aradan qaldırılacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm