Dələduz bankir oğlundan növbəti qudurğanlıq
Bizi izləyin

Qırmızı.az

Dələduz bankir oğlundan növbəti qudurğanlıq

“Texnikabank”ın Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu bahalı avtomobillə azadlıqda gəzməkdədir.

Axar.az-a verilən məlumata görə, İslam Yusifov Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülsə və hələlik məhkumluq həyatı tam bitməsə də, köhnə əyləncələrinə başlayıb. O, məntəqə tipi cəzaçəkmə müəssisəsinə köçər-köçməz, Bakı küçələrində bahalı avtomobili ilə şütüməkdədir.

İ.Yusifov zərərçəkmişlərə vurduğu ziyanı ödəmədən azadlığa çıxmağa müəssər olub. İ.Yusifov atasının başçılıq etdiyi 15 nəfərlik dəstədə mühakimə olunub. İstintaq sənədlərinə görə, “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib. Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Zal Yusifovun oğlu İslam Yusifova isə 8 il həbs cəzası verilib. Birinci məhkəmə instansiyası İslam Yusifovu atası ilə birlikdə əlbir olmaqda ittiham edib.

Ali Məhkəmənin mətbuat xidmətinin rəhbəri Allahverdi Məmmədli bildirib ki, dələduzluq cinayətləri ilə məhkum olunan şəxslərin zərərçəkmişlərə dəymiş ziyanın ödənilmədiyi halda azadlığa buraxılması qanunsuzdur. Beləliklə, qanunsuz olaraq azadlığa çıxan şəxs bahalı avtomobili ilə ziyan vurduqlarının hesabına yenidən əyləncəli həyatını davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm