Sürücü yol polisinin üstünə bıçaq çıxartdı - BAKIDA - VİDEO
Bizi izləyin

Qırmızı.az

Sürücü yol polisinin üstünə bıçaq çıxartdı - BAKIDA - VİDEO

Bakıda yol polislərinin üstünə bıçaq çıxaran şəxs saxlanılıb.

Publika.az-ın Report-a istinadən məlumatına görə, hadisə Azadlıq prospektinin M.Ə.Rəsulzadə qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Nissan" markalı avtomobillə hərəkət edən sürücü yol polisləri ilə mübahisə edib və onlara bıçaqla hədə-qorxu gələrək hadisə yerindən qaçmaq istəyib. Sürücünü təqib edən yol polisləri onu Binəqədi rayonu ərazisində - Əhməd Rəcəbli küçəsində saxlamağa nail olublar. Saxlanılan zaman avtomobildən sürücünün polislərə hədə-qorxu gələn zaman istifadə etdiyi bıçaq da aşkarlanıb. Bundan sonra sürücü şəxsiyyətinin dəqiqləşdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm