Qırmızı.az
Rektor qızını döyən qardaşların vəkili DANIŞDI
“Ülkər İsayeva ilə Zaur Məmmədov arasında yaxın
münasibətlər olub. Onlar əvvəldən tanış olublar. Zaurun dediyinə
görə, həmin gün onların arasında xırda mübahisə baş
verib”.
Bunu azvision.az-a açıqlamasında Xəzər Universitetinin rektoru
Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döydükləri iddia edilən
Elin və Zaur Məmmədov qardaşlarının vəkili Cavid Alıyev
deyib.
Vəkilin sözlərinə görə, Ülkər Zaur Məmmədovdan şikayətçi deyil:
“Bu mübahisə kamera görüntülərində qeydə alındığına görə istintaq
orqanı məsələni böyüdüb. Onlar bunu ictimai qayda pozuntusu,
cəmiyyətə hörmətsizlik göstərmək kimi qələmə vermək istəyirlər.
Zərərçəkən kimi qələmə verilən Ülkər İsayeva da həm istintaqda, həm
də məhkəmədə Elin və Zaura qarşı heç bir şikayətinin olmadığını
bildirib”.
Vəkil rektorun qızını döyən qardaşların atasının avtoritet
olması haqda iddialara da aydınlıq gətirib.
“Qardaşların atası Muxtar Məmmədov məmur deyil. O hər hansı bir
dövlət vəzifəsi daşımır. O, adi bir işlə məğul olur. Avtoritet
deyil. Qardaşlar adi bir şirkətdə işləyirlər. Onlar məmur övladları
deyillər”.
C.Alıyev həmçinin qeyd edib ki, hazırda bu məsələ ilə bağlı
istintaq davam edir.
“Hazırkı mərhələdə həmin qardaşlara Cinayət məcəlləsinin 221.2.1
maddələri ilə (Bir qrup xuliqanlıq ) ittiham verilib. Biz o
ittihamı qəbul etmirik. Hesab edirik ki, toplanmış sübutlar həmin
qardaşların bu maddə ilə ittiham edilməsi üçün yetərli deyil.
Hazırda onların barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə
bağlı məhkəmə araşdırmaları davam edir”.
Qeyd edək ki, Ülkər İsayeva martın 9-da Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!