Müəllimlərə müjdə: Bayrama qədər maaş artımlarını alacaqlar
Bizi izləyin

Qırmızı.az

Müəllimlərə müjdə: Bayrama qədər maaş artımlarını alacaqlar

Müəllimlər Novruz bayramına qədər maaş artımlarını alacaqlar.

ANS PRESS-in məlumatına görə, bu ilin yanvarın 1-dən maaşları artırılan müəllimlər martın 20-ə qədər əmək haqqlarının 3 aylıq artım hissəsini ala biləcəklər.

Bu gün, daha doğrusu martın 17-i, saat 19:00-dan başlayaraq müəllimlərin əmək haqqı kartlarına maaş artımlarının yüklənməsinə başlanılıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama görə, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

Sərəncam 2015-ci il yanvarın 1-dən qüvvəyə minsə də indiyə kimi müəllimlər maaş artımlarından faydalana bilməmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm