Kabab yedi, qarnından ülgüc çıxdı
Bizi izləyin

Qırmızı.az

Kabab yedi, qarnından ülgüc çıxdı

Türkiyənin Hatay vilayətinin sakini kafedən aldığı kababı yeyəndən sonra xəstəxanalıq olub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı İbrahim Arslan kabab yediyi masanın üzərinə daha öncə birdəfəlik ülgüc qoyub. Kababı həzm edəndən sonra İ.Arslanın qarnında ağrılar yaranıb. Rentgen müayinəsi zamanı xəstənin bədənində ülgüc qırıqları olduğu müəyyən edilib. İki saat yarım davam edən əməliyyatdan sonra xəstə yad cismdən azad olub. Ülgüc 69 yaşlı kişinin yoğun və nazik bağırsaqlarını kəssə də, həyatı üçün ciddi təhlükə yaratmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm