• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bakıda iki vəhhabi qohuma müdhiş ittiham – VİDEO

Bakıda iki vəhhabi qohuma müdhiş ittiham – VİDEO

Bakıda vəhhabi lideri Əlixan Musayevin mağazasında araşdırma aparılması barədə Axar.az-ın xəbəri təsdiqlənib.

“Burhan” adlı dükanda yoxlamalar həyata keçirildiyi barədə yazdıqlarımızı Norveç təşkilatı “Forum-18” də açıqlayıb. Ölkədə xəvaric və radikal qrupların təşkilatlanmasında adı keçən Ə.Musayevin dini mağazasını xalası oğlu vəhhabi Mübariz Qarayev idarə edirdi. Yoxlamalar zamanı onun da fəaliyyəti nəzərdən keçirilib. “Forum-18” M.Qarayevlə birlikdə daha 5 vəhhabinin həbs olunduğunu qeyd edib.

“Ləzgi” məscidinin imamı olan M.Qarayev, digərləri - Həbibulla Ömərov, Azad Qafarov, Səlim və Eyvaz barəsində həbs qətimkan tədbiri seçilib. Səbail rayon məhkəməsinin dəftərxanasından bu şəxslər üzərində məhkəmə prosesinə dair “Forum 18”in suallarını cavablandırmaqdan imtina ediblər. Saxlanılanlardan Ömərov və Qafarov Cinayət Məcəlləsinin 167-2.2.1 maddəsi, M.Qarayev, Səlim və Eyvaz isə 167-2.1 maddəsi ilə ittiham olunurlar.

Qeyd edək ki, iki xalaoğlu “İslam xilafəti”nə göndərmək üçün tələbə yetişdirməkdə ittiham olunur. Bunu sələfi lideri Qamət Süleymanov da təsdiqləyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR