Azərbaycanda ər arvadını doğradı (FOTO)
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda ər arvadını doğradı (FOTO)

Bərdədə bayram günü ər arvadının biləklərini kəsib.

Hadisə Bərdənin C.Cabbarlı küçəsində baş verib. Bərdə rayon sakini Eldar Həsənov həyat yoldaşı 31 yaşlı Hüsniyyə Həsənova ilə mübahisə edib. Daha sonra Eldar həyat yoldaşını yerə yıxaraq kəskin alətlə onun biləklərini kəsib. Daha sonra isə özünə xəsarət yetirib.

Hər iki yaralı Bərdə MRX-na gətirilib. Hüsniyyə Həsənova əməliyyat edilib. Əldə etdiyimiz məlumata görə vəziyyəti ağırdır. Yaralı Eldar Həsənova da tibbi yardım göstərilib. Hüsniyyə Həsənovanın qardaşının sözlərinə görə, hadisəyə bir neçə ay əvvəl Hüsniyyənin telefonuna gələn mesaj səbəb olub.

Həmin vaxt gənc qadın qorxusundan həyat yoldaşına mesaj barədə heç nə bildirməyib. Daha sonra bu hal bir neçə dəfə təkrarlanıb və Eldar Həsənov telefona gələn mesajlardan birini görüb. Eldar Həsənovun hadisəni də elə bu səbəbdən törətdiyi bildirilir.

Hazırda faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, Həsənovlar ailəsinin iki azyaşlı övladı var. (anspress.com)









Oxumağa davam et
Reklam
Reklam

Gündəm