Olimpiada yekunlaşdı, 400 nəfər finala çıxdı
Bizi izləyin

Qırmızı.az

Olimpiada yekunlaşdı, 400 nəfər finala çıxdı

Humanitar və texniki fənlər üzrə məktəblilər arasında keçirilən respublika fənn olimpiadalarının yarımfinal mərhələsi başa çatıb.

Publika.az xəbər verir ki, 3700 şagirdin iştirak etdiyi respublika fənn olimpiadalarının yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə keçirilib. İştirakçılara 25-30 test tapşırığı təqdim olunub. Qaydalara uyğun olaraq, şagirdlər 90 dəqiqə ərzində humanitar fənlər (Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə, 3 saat ərzində texniki (riyaziyyat, fizika, kimya, biologiya və informatika) fənlər üzrə sualları cavablandırıblar.

Respublika fənn olimpiadalarının bu mərhələsində informatika üzrə imtahanlar kompüter əsaslı olub və 3 mərkəzdə (Bakı, Gəncə və Naxçıvan) keçirilib.

Yarımfinal mərhələsinin nəticələrinə əsasən, səkkiz fənn üzrə 400 nəfərə yaxın namizədin növbəti mərhələdə – finalda iştirak etməsi nəzərdə tutulub.

Qeyd edək ki, fənn olimpiadaları üç mərhələdən ibarətdir. Olimpiadanın birinci – rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm