Qırmızı.az
Gürcüstandan gətirilən pirotexniki vasitələr müsadirə olundu
Gürcüstandan gələn avtobusun gizli saxlanc yerindən 40 minə yaxın pirotexniki vasitə tapılıb.
Dövlət Gömrük Komitəsindən (DGK) Publika.az-a verilən məlumata görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də bayram günləri öncəsi bəzi işbazlar Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan mallar gətirməyə cəhdlər edirlər və bu kimi halların qarşısı qətiyyətlə alınır.
Növbəti belə fakt Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən
aşkarlanıb. İdarənin “Sınıq Körpü” Gömrük Postunda Gürcüstan
Respublikasından Azərbaycan Respublikasına gələn Gürcüstan
Respublikası vətəndaşı Rustamov Ramil Tahir oğlunun idarə etdiyi
“Scania K113” markalı, BR999AT nömrə nişanlı sərnişin avtobusuna
“Smiths Heimann HCVG” markalı yoxlama baxış sistemi ilə gömrük
baxışı keçirilib.
Baxış zamanı qeyd olunan nəqliyyat vasitəsinin salonunda döşəmənin altında düzəldilən və xüsusi mexanizm ilə işə salınan gizli saxlanc yerindən 2 adda ümumilikdə 39050 ədəd pirotexniki vasitələr gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat aparılır.
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı