FHN-in nümayəndə heyəti BMT-nin üçüncü Dünya Konfransında iştirak edib
Bizi izləyin

Qırmızı.az

FHN-in nümayəndə heyəti BMT-nin üçüncü Dünya Konfransında iştirak edib

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavinləri Ragim Lətifov və Orucəli Hacıyev 14-18 mart 2015-ci il tarixlərində BMT-nin təşkilatçılığı ilə Yaponiyanın Sendai şəhərində təşkilata üzv dövlətlərin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Fəlakət Riskinin Azaldılması üzrə BMT-nin üçüncü Dünya Konfransında iştirak ediblәr.

FHN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, konfransın təşkil edilməsində əsas məqsəd BMT-yə üzv dövlətlər tərəfindən Hyoqo Fəaliyyət Çərçivəsi sənədi üzrə görülmüş işlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi, fəlakət riskininin azaldılması üzrə regional və milli strategiya və planlar vasitəsilə əldə edilmiş təcrübələrin mübadiləsi, fəlakət riskinin azaldılması sahəsində 2015-ci il üzrə çərçivə sənədinin qəbul edlməsi və həyata keçirilməsi mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində müzakirələrin aparılması olub.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti konfrans çərçivəsində Yaponiyanin Yenidənqurma və İnfrastruktur üzrə dövlət naziri Yasutoşi Nişimura ilə görüşmüş və əlaqədar sahələr üzrə ixtisaslaşmış bəzi şirkətlərdə olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm