TRT radiosu Bakıda da canlı yayımlanacaq
Bizi izləyin

Qırmızı.az

TRT radiosu Bakıda da canlı yayımlanacaq

TRT radiosunda yayımlanan “Düyanın Ən Radio” adlı proqramı martın 19-dan etibarən Bakı, Berlin və Bosniyadan da canlı yayımlanacaq.

Bu barədə Publika.az-a TRT-nin Bakı təmsilçisi Yıldıray Arslan məlumat verib.

Onun sözlərinə görə, bu canlı yayımlar üçün TRT radiosundan texniki heyət və məşhur simalar Bakıya gəliblər: “İTV və TRT FM martın 19-da Bakı vaxtı ilə saat 21.00-24.00 arası 3 saatlıq canlı yayım reallaşdıracaqlar. Bunun üçün Türkiyənin ən məşhur DJ Bay və Erkan Yavaş martın 19-da saat 12.00-da TRT-nin Bakı təmsilçiliyində mətbuat konfransı keçirəcək. Tədbirə Azərbaycanın “Novruz 2015” siması seçilən Elnarə Xəlilova ilə yanaşı “Eurovision 2011” yarışmasının qaliblərindən biri Eldar Qasımov və “Eurovision 2012”-də Azərbaycanı təmsil etmiş müğənni Səbinə Babayeva da dəvətlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm