Qırmızı.az
Azərbaycanın zəlzələ bölgələri - XƏRİTƏ
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu “Azərbaycanın geoekoloji xəritəsi”ni tərtib edib.
AMEA-dan AzVision.az-a daxil olan məlumata görə, Azərbaycan ərazisi üçün 1:600000 miqyasda ilk dəfə hazırlanmış xəritədə geoloji mühitin texnogen təsir nəticəsində məruz qaldığı dəyişikliklər, zəlzələ ocaqları, palçıq vulkanları, sürüşmələr, torpaq çökmələri, sellər, şoranlaşmalar, eroziya və digər proseslər əks olunur.
Burada ekzogen geoloji proseslərin intensiv inkişaf etdiyi
ərazilərin sərhədlənməsi, ölkə ərazisinin içməyə yararlı yeraltı
sularla təminatlılıq dərəcəsinə görə rayonlaşdırılması, həmçinin
ekoloji əhəmiyyətli, ekoloji təhlükəli obyektlər, karbohidrogen və
yeraltı su yataqları da yer alıb.
Xəritədə, həmçinin dib çöküntüləri və torpaq qatının çirklənməsi, texnogen təsir altında geoloji gərgin proseslərin aktivləşmə meylləri, digər amillər və proseslər haqqında da əhatəli məlumat verilir.
Geologiya-mineralogiya elmləri doktorları Adışirin Ələkbərov və
Yusif İsrafilov tərəfindən hazırlanan yeni nəşr AMEA-nın
prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə Geologiya
İnstitutunda keçirilmiş Elmi Şuranın iclasında təqdim olunub.
A.Ələkbərovun metodikası əsasında hazırlanmış xəritənin baş redaktoru akademik Akif Əlizadə, redaktorları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri, akademik Qərib Məmmədov və Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin dekanı, coğrafiya elmləri doktoru Fərda İmanovdur. Xəritə DTXK Kartoqrafiya Fabrikində nəşr olunub.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı