• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bakı tıxacın əsarətində

Bakı tıxacın əsarətində

Bakıda Novruz bayramı ilə əlaqədar keçirilən tədbirlə bağlı paytaxtın, demək olar ki, bütün əsas küçə və prospektlərində tıxac müşahidə olunur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, Novruz tədbiriylə bağlı Neftçilər prospektindən İstiqlaliyyət küçəsi istiqamətində bütün giriş və çıxış bağlı olduğundan bəzi yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün çətinlik yaranıb.

Bura R. Behbudov küçəsi, Azadlıq prospekti, 28 May küçəsi, Y. Səfərov küçəsi, S. Vurğun küçəsi, Badamdar şosesi, M. Hüseynov prospekti, N. Rəfiyev küçəsi daxildir.

Hazırda paytaxtda ən uzun tıxacın Azadlıq prospekti, 28 May və Yusif Səfərov küçələrində müşahidə olunduğu bildirilir. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR