“Azəryolservis” gücləndirilmiş iş rejiminə keçir
Bizi izləyin

Qırmızı.az

“Azəryolservis” gücləndirilmiş iş rejiminə keçir

Nəqliyyat Nazirliyi" Azəryolservis" ASC-in əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar. İş günləri ilə müqayisədə bayram günləriində nəqliyyat vasitələrinin sayının azlığı nəzərə alınaraq həyata keçirilən işlərlə yanaşı, digər ərazilərdə nəzərdə tutulan işlər davam etdiriləcək.

Bu barədə Publika.az-a qurumun mətbbuat xidmətindən məlumat verilib. Görülən tədbirlərin sırasında Heydər Əliyev Mərkəzinin qarşısından Baş Polis İdarəsinə qədər olan hissədə asfalt-beton örtüyünün üst qatının yenilənməsi, Ziya Bünyadov prospektinin Azadlıq və Atatürk prospektləri ilə kəsişməsində yerləşən yolötürücülərin Xutor dairəsindən Böyük Şor istiqamətinə olan hissəsində temperatur tikişlərinin dəyişdirilməsi və hazırda həyata keçirilən digər işləri göstərmək olar.

Bundan əlavə, bayram günlərində Cəmiyyətin mərkəzi aparatında 24 saat ərzində fəaliyyət göstərən növbətçilər avtomobil yollarındakl vəziyyət və görülən işləri qeydə alacaqlar. Məlumat vermək məqsədilə 012-493-76-17, 012-499-79-14 nömrələrinə zəng vuraraq növbətçilərlə əlaqə saxlamaq olar.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm