Əməliyyat zamanı ölən qızla bağlı cinayət işi açıldı (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Əməliyyat zamanı ölən qızla bağlı cinayət işi açıldı (YENİLƏNİB)

Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının “StarMed” klinkasında əməliyyat zamanı ölməsi faktı ilə əlaqədar Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertiza təyin edilib. İş üzrə zəruri istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, dünən Trend-in yaydığı məlumata görə, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı martın 17-də özəl klinikalardan birində - “StarMed”də burnundan plastik əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir. Mərhumun həkimi cərrah Sənan Mehdiyev olub.

Trend “StarMed” klinikasında burnunu əməliyyat etdirmək istəyən Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının ölümü ilə bağlı yeni faktlar əldə edib.

Əldə edilən məlumata görə, L.Mürsəlova ürək çatışmazlığından əziyyət çəkib. L.Mürsəlovanın valideynləri əməliyyatdan əvvəl qızlarının səhhətindəki bu problem barədə tibbi heyəti məlumatlandırıb. Lakin buna baxmayaraq, qıza əməliyyat olunmaq üçün narkoz vurulub. Nəticədə də o, dünyasını dəyişib.

Qeyd edək ki, mütəxəssislərin sözlərinə görə, ürək çatışmazlığı zamanı narkozdan ölüm halının baş vermə riski böyük ola bilər. Bunun baş verməməsi üçün də həkim-mütəxəssis seçim apararaq belə hallarda tətbiq edilən anesteziya metodunu müəyyənləşdirməlidir. Bu zaman xəstədə ürək çatışmazlığının ağırlıq və inkişaf dərəcəsi də nəzərə alınmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm