Qırmızı.az
Bakıda tələbə qızın öldüyü klinikanın fəaliyyəti dayandırıldı
Azərbaycan Səhiyyə Nazirliyi “StarMed” klinikasının fəaliyyətini dayandırdı.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə deyib ki, SN sərəncamı ilə əməliyyatın aparıldığı “StarMed” klinikasının fəaliyyətinin müvəqqəti dayandırılması və hadisə ilə bağlı araşdırmanın aparılması barədə sərəncam verib.
A.Qədirli deyib ki, araşdırma başa çatdıqdan sonra klinikanın fəaliyyəti barədə qərar veriləcək.
Xatırladaq ki, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi
Mürsəlova Leyla Namiq qızının “StarMed” klinikasında əməliyyat
zamanı ölməsi faktı ilə əlaqədar Yasamal rayon Prokurorluğunda
Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi
ilə cinayət işi açılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Baş Prokurorluğun
mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Onun sözlərinə görə, ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədi
ilə məhkəmə-tibbi ekspertiza təyin edilib. İş üzrə zəruri istintaq
hərəkətləri aparılır.
Qeyd edək ki, dünən Trend-in yaydığı məlumata görə, Azərbaycan
Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı
martın 17-də özəl klinikalardan birində - “StarMed”də burnundan
plastik əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün
narkoz verilən kimi o, dünyasını dəyişib. İlkin olaraq, qızın
narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir.
Mərhumun həkimi cərrah Sənan Mehdiyev olub.
Sənan Mehdiyevdən faktla bağlı münasibət öyrənmək cəhdlərimiz hələ ki alınmayıb.
-
Magazin119:10
Brilliant Dadaşovanın rəqsi GÜNDƏM OLDU - VİDEO
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR